Girov götürülən tələbəmiz Azərbaycana nə vaxt gətiriləcək? - ÖZÜ DANIŞDI
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.
APA TV-nin xəbərinə görə, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporoje şəhərində həyata keçirilib.
Qeyd edək ki, Hüseyn Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.
Xatırladaq ki, Neftçala rayon sakini olan Hüseyn Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.
Əlibəy Zeynallı, APA TV
OXŞAR XƏBƏRLƏR
17:12
415
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
489
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
445
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1695
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1995
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1244