“Gilan Holdinq” 6000 ailəyə sosial dəstək göstərib
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.
APA TV-nin xəbərinə görə, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.
Holdinq tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonu ərazisində yaşayan ümumilikdə 6000 ailəyə yardım edilib.
Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı