Gəzmək üçün çay kənarına gedən Qəbələ sakini itkin düşdü
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.
Qəbələ şəhər sakini, 49 yaşlı Səyavuş İbrahimxəlil oğlu Həmidovun sonuncu dəfə 29 noyabr tarixində rayon ərazisində Dəmiraparan çayının kənarında görüldüyü ehtimal edilir.
Yaxınlarının bildirdiyinə görə, piyada gəzmək üçün taksi ilə həmin əraziyə gedib və bir daha geri qayıtmayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışları davam etdirir, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Səyavuş İbrahimxəlil oğlu Həmidovu görən şəxslərdən (+994)050 875 79 25, (+994)070 216 57 38 nömrələrinə zəng edib, məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
19:20
709
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
697
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
723
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
395
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1213
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1121