Generalın yerinə Vətən Müharibəsi Qəhrəmanı təyin olundu
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib. “Qafqazinfo” məlumat yayıb ki, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub. O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib. Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
OXŞAR XƏBƏRLƏR
20:35
811
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
855
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
805
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1235
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1186
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1558