Gənclər və İdman Nazirliyi APA-nın əməkdaşını təltif edib
Gənclər və İdman Nazirliyində Minskdə keçirilən II Avropa Oyunlarını işıqlandırmış jurnalistlərlə görüş keçirilib.
APA TV-nin xəbərinə görə, görüşdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov nazir Azad Rəhimovun adından jurnalistlərə təşəkkürünü bildirərək, ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova idmançıların uğurlu çıxışlarının təbliğatında jurnalistlərin rolunu da qeyd edib.
Sonra Minskə Gənclər və İdman Nazirliyinin xətti ilə yollanan jurnalistlər Azad Rəhimovun qərarı ilə mükafatlandırılıb. Fəxri fərmanlar alan jurnalistlər sırasında APA-nın əməkdaşı Tahir Hümmətov da var. O, “Minsk 2019 II Avropa Oyunları"nın işıqlandırılmasında göstərdiyi peşəkarlığa görə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."