Gənclər üçün vakansiyalar elan edildi - QEYDİYYAT BU TARİXDƏ BİTİR
Regionlarda yaşayan gənclər üçün vakansiyalar elan edib.
APA TV-nin verdiyi məlumata görə, bu barədə Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Buna görə də gənclərin karyera və inkişaf mərkəzlərinin regionlarda nümayəndəliklərin yaradılması planlaşdırılır: “Bununla əlaqədar olaraq gənclərin inkişafı və karyera mərkəzlərinə bölmə rəhbəri təlim-tədris üzrə menecer və digər vəzifələr üzrə vakansiyalar elan olunur. Qeyd olunan vakansiyalar üzrə ictimai sosial 29 yaşa qədər olan gənclər bu vakansiyalara müraciət edə bilərlər. Müraciət üçün fondun rəsmi saytı və Gəncapp mobil tətbiqi vasitəsilə öz CV-lərini göndərə bilərlər”.
Sözü gedən karyera mərkəzləri Zaqatala, Tərtər, Qax, Ağstafa, Gədəbəy, Şəki, Ağcabədi, Bərdə, Ağdam, İsmayıllı, Cəlilabad, Masallı, Şamaxı, Quba, Qusar, Qəbələ, Xaçmaz rayonlarında tədbirlər üzrə mütəxəssis, ictimaiyyətlə əlaqələr, könüllülər üzrə mütəxəssis və s. vəzifələr üçün vakansiya elan olunur.
Xatırladaq ki, qeydiyyat noyabrın 15-i başa çatır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək