Gənclər niyə öz ixtisasına uyğun iş tapa bilmir?
Bu gün ölkəmizdə əksər gənclər ixtisasları üzrə iş tapa bilmədiklərindən şikayətçidirlər. Elə paytaxt sakinləri arasında keçirdiyimiz sorğuda da bunun şahidi olduq. Bəs bu problem necə həll edə bilərik? Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, ixtisaslar plana uyğun təyin olunmalıdır. Ekspert bildirib ki, məzunlar və tələbələr ixtisas seçimini sırf ali təhsil almaq xatirinə aparmamalıdırlar. Bu onların gələcəkdə istədikləri işdə çalışmalarına çətinlik yaradır. Sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, bu problemlərin əsas səbəblərindən biri ölkədə təhsil sisteminin düzgün qurulmamasıdır. Sosioloq onu da bildirib ki, bir çox ali məktəblərdə praktik dərslər yüksək şəkildə hazırlanmır. Nəticədə isə həmin ali məktəblər tərəfindən yetişdirilən mütəxəssislər bir sıra problemlərlə üzləşməli olurlar. Bu cür problemlə rastlaşmamaq üçün fərdlərin də öz ixtisasları üzrə davamlı çalışması lazımdır.
ELMİR HƏSƏN APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi