Gəncəyə təyyarə reysləri niyə bərpa olunmur?
“Penitensiar Xidmətdə PCR testin vətəndaşlardan və vəkillərdən tələb olunması ləğv edilməlidir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillərdən bununla müraciətlər alırlar: “Artıq ölkəyə gələnlərdən PCR testi tələbi ləğv edilib. Cəzaçəkmə müəssisəsində məhkumların yanına gələn ailə üzvləri və vəkillərdən isə hələ də bu test istənilir. Bu isə həmin şəxslər üçün əlavə xərc deməkdir. Təklif edərdim ki, heç olmasa ilk olaraq vəkillər üçün PCR testi tələbi ləğv edilsin".
Deputat qiymət artımına da toxunub: “Qiymət artımının qarşısını almaq üçün "Kənddən şəhərə" layihəsinin miqyası və sayı artırılmalıdır. Digər problem Gəncə-Bakı-Gəncə və Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin hələ də bərpa olunmamasıdır. Nəzərə alsaq, ki, koronavirus artıq azalıb, təyyarə reysləri bərpa olunmalıdır”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi