Gəncənin mərkəzində qəza - YARALILAR VAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. Nicat Həsənlinin idarə etdiyi “Daewoo” markalı avtomobillə Abdulla Məmmədovun idarə etdiyi “VAZ 21 011” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Daewoo”da olan sərnişin Samir Əliyev, İsrafil Əhmədov və hələlik adı bəlli olmayan bir şəxs aldıqları xəsarətlər səbəbindən xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR