Gəncənin kənar məhəlləsində qeyri-adi ev
Çaynik, kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablar... İllər əvvəl Gəncənin kənar məhəllələrindən birində, Aqil Məmmədov küçəsində bu saydığımız mətbəx əşyaları ilə qeyri-adi bir ev inşa edilib. Bu evin içi adi evlərdən fərqlənməsə də, xarici görünüşü hər kəsi heyran qoyur.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, onun divar və fasadının inşasında 5 mindən artıq milli ornamentli çaynikdən və digər çini qablardan istifadə edilib. Məhz bu səbəbdən sakinlər bu qeyri-adi tikilini elə "çaynikli ev" adlandırıb.
Göz oxşayan tikilini ərsəyə gətirən şəxs 1998-ci ildə evi sataraq burdan köçüb. Hazırda burada Mərdanovlar ailəsi yaşayır.
Ceyhun Mərdanov deyir ki, 2005-ci ilə qədər xarici və yerli turistlərin diqqətini çəkən ev vaxt keçdikcə unudulur.
Müsahibimiz bildirib ki, təəssüf ki, zamanın axarı da öz işini görüb və bu unikal qabların bir hissəsi dəcəl uşaqların hərəkətləri və digər səbəblərdən qırılıb. O bildirir ki, evi qoruyub saxlamağa və ya təmir etməyə imkanları yoxdur.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib