Gəncədə zəncirvari yol qəzası baş verib
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Fikrət Abuzərov idarə etdiyi “Mercedes Vito" markalı mikroavtobusla hərəkətdə olan zaman aindən yolda dayanıb. Bu zaman arxadan gələn “VAZ 2107" markalı minik maşının sürücüsü Vüsal Kərimov qarşıdakı avtomobilin dayandığı görüb nəqliyyat vasitəsini saxlayıb. Arxadan gələn digər sürücü Tural Musayevin idarə etdiyi "Mercedes" markalı minik maşını “VAZ-2107”ə çırpılıb. Zərbənin güclü olması səbəbindən “VAZ-2107” qabağında dayan "Mercedes Vito" markalı mikroavtobusa dəyib. Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb ara məsafəsini düzgün seçməməsi olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək