Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə cinayət işi başlandı
Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstələri müəyyən edilib.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən xəbərə görə, stasionar postda yoxlama zamanı, Gəncəyə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazadənin koronavirus xəstəsi olduğu müəyyən edilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da yaşadığı ünvanı tərk etməsi və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi proseduraları gözləməklə onu yaşadığı evə göndərib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
17:58
300
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
311
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
319
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2171
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2110
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3239