Gəncədə yaşayış binasında yanğın olub
Gəncədə yaşayış binasında yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Beşmərtəbəli binanın 5-ci mərtəbəsində Orxan Rzayevə məxsus evdə anidən yanğın başlayıb. Hadisə yerinə dərhal FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 4 maşını və 20 canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı 1 nəfər yüngül xəsarət alıb.
İlkin ehtimala görə, yanğına səbəb elektrik xətlərindəki qısaqapanma olub. Hadisənin səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək