Gəncədə yanğın: FHN əməkdaşları 74 yaşlı qadını ölümdən xilas etdi
Gəncədə yanğın baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, yanğına zamanında müdaxilə edilməsi yaşlı qadını ölümdən xilas edib.
FHN əməkdaşlarının sayıqlığı yanğının qonşu mənzillərə keçməsinin də qarşısını alıb.
Yanğın üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə elektrik xətlərində baş verən qısa qapanma nəticəsində başlayıb. Həmin vaxt 74 yaşlı Cəmilə Məmmədova mənzildə tək olub. O, əvvəlcə alovu söndürməyə çalışsa da, tüstü nəticəsində özündən gedib.
Qonşuların çağırışı əsasında hadisə yerinə FHN əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qapını açmaq mümkün olmadığından, FHN əməkdaşları mənzilə pəncərədən daxil olaraq, boğulan qadını xilas ediblər. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi