Gəncədə xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılıb
Gəncədə Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə karantin rejimini pozan şəxslərə qarşı inzibati tədbirlərə başlanıb.
APA Tv-nin yerli bürosunun məlumatına görə, Gəncə ŞBPİ-nın əməkdaşları şəhər ərazində 65 yaşında yuxarı olan şəxslərə qarşı reyd aparıb. Şəhər ərazində aparılan profilaktik tədbirlər zamanı yaşı 65 dən yuxarı olan vətəndaşları polis tərəfindən saxlanılaraq xəbərdarlıq edilib, onlara bildirilib ki qaydalara riayət etsinlər.
Saxlanılan şəxslər polis əməkdaşları tərəfində yaşadığı evə polis maşınları ilə aparılıb. Vətəndaşlara bildirilib ki, bir də belə bir hal aşkarlanarsa, onların barəsində inzibati qaydada protokol tərtib ediləcək.
Polis əməkdaşları belə şəxslərlə söhbət zamanı xüsusi karantin rejiminin qaydalarını xatırladaraq, bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar.
Bundan əlavə, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlərlə də maarifləndirici söhbət aparıblar.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir