Gəncədə xəstəxanada yanğın zamanı 148 nəfər təxliyə olunub
Bu gün səhər saatlarında Gəncədə yanğın baş verib.
Yanğın səhər saatlarında Gəncədə Abbas Səhhət adına xəstəxanasının zirzəmisindən başlayıb. Daha sonra tüstü bütün mərtəbələri bürüyüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə briqadaları, polis və tibb briqadaları cəlb olunub. Xəstəxana personalı və xəstələr təxliyə edilib. Şəhər sakinlərindən də xəstələrin xilas edilməsinə kömək edənlər olub.
Yanğın zamanı xəstəxanada yatan xəstələr hadisəni belə xatırlayırlar.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 60 yaşlı Nazilə Məmmədova dünyasını dəyişib. Bundan başqa həm xəstəxana işçiləri, həm də xəstələr arasında tüstüdən zəhərlənənlər olub. Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Anar Məmmədov bildirib ki, xəstəxananın iki işçisi yanğın zamanı xəsarət alıb, hazırda onlar başqa xəstəxanaya köçürülüb.
Əraziyə 5 ədəd yanğınsöndürən maşın və 50 nəfər şəxsi heyət cəlb olunub. Təxliyə işlərində yağın söndürənlərlə yanaşı xəstə yaxınları və tibbi personal da iştirak edib.
Hadisə yerində prokurorluq əməkdaşları işləyir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər