Gəncədə xəstəxanada yanğın baş verdi
Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verib.
Yanğınla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. O, yanğın zamanı tüstüdən zəhərlənərək ölüb. Ölən şəxs reanimasiyada müalicə alırmış.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
OXŞAR XƏBƏRLƏR
18:44
886
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
791
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1003
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1124
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1165
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
1032