Gəncədə Ümumdünya Əhali gününə həsr edilmiş konfrans keçirilib
Gəncə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirilib. APA TV-nin məlumatına görə, tədbiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Əhali Fondu birlikdə təşkil edib. Tədbirdə ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, bu prosesdə respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələr müzakirə olunub. Ombudsman məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğu haqqında danışıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."