Gəncədə Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında qardaş ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, sonra uşaqlar tədbiri açıq elan ediblər. Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar. Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu, qardaşlığın bariz ifadəsidir.
Qeyd olunub ki, uşaqlara hörmət və onların qayğısını çəkmək hər zaman ən böyük mədəni dəyərimiz olub və təqvimdə bu günün onlara həsr edilməsi də bu qayğının göstəricisidir.
Tədbir uşaqların hazırladıqları ədəbi-bədii kompozisiyaya ilə davam etdirilib, maraqlı rəqs və musiqi nömrələri nümayiş etdirilib.
Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər