Gəncədə süpürgəçini maşın vurub öldürdü
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Volkswagen Tuareg" markalı minik avtomobili yolu süpürən şəhər Təmizlik İdarəsinin əməkdaşı Elminaz Məmmədovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra “Volkswagen Tuareg" markalı avtomobil "Toyota Corolla" markalı avtomobilə çırpılıb. Qəza zamanı sürücülər xəsarət almasa da avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
452
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
449
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
427
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
311
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
309
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
317