Gəncədə şəhid polislər anılıb

Gəncədə 2018-ci ildə baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis əməkdaşlarının anım mərasimi keçirilib. APA TV-nin qərb bürosunun məlumatına görə, mərasimdə Daxili İşlər Nazirliyinin yüksək çinli zabitləri, Gəncənin icra başçısı Niyazi Bayramov, şəhid polislərin ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhid polislərin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, yaxınlarına başsağlığı verilib. Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı silahlı qəsd hadisəsindən sonra, iyul ayının 10-da şəhər meydanında baş vermiş iğtişaş zamanı polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər. Hər iki polis əməkdaşı Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunub

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR