Gəncədə qardaşının evindən oğurluq edən şəxs saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Teymur Həsənov, tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar.
Onlar maddi sübutlarla birgə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:58
489
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
498
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
514
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2194
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2136
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3260