Gəncədə “Qarabağ Azərbaycandır!” fləşmobu baş tutub

Azərbaycan Texnologiya Universitetində 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycandır və Nida işarəsi” adlı tədbir keçirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı  ilə baş tutub.

 

Universitetin rektoru, professor Akif Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə “Valday” beynəlxalq diskussiya klubunda çıxışını xatırladaraq bildirib ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsi ikili standartlar aparanlara tərs sillə idi. 

 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd edib.

 

Sonda universitetin 200-ə yaxın tələbəsi Prezident İlham Əliyevin çıxışına və Beynəlxalq Gənclər Kampaniyasına dəstək olaraq “Qarabağ Azərbaycandır” ifadəsinə flashmobla bir daha nida qoyublar. Fləşmob Metallurq stadionunda baş tutub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR