Gəncədə qadın süni gölə düşərək boğuldu
Gəncədə bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivindəki istirahət parkında yerləşən süni göldə qeydə alınıb.
Belə ki, parkın təmizlik xidmətinin əməkdaşı 55 yaşlı Lətifə Paşayeva iş zamanı ehtiyatsızlıqdan gölə düşərək boğulub. Yaxınlıqda olanlar ona kömək etməyə çalışsa da bu, mümkün olmayıb.
Hadisə yerinə təcili tibbi yardım xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Lətifə Paşayevanın meyiti Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
641
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
631
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
645
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
332
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
327
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
336