Gəncədə pasxa bayramı qeyd edilib
Ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, onlar Pasxa bayramını - İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər. Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Hər il olduğu kimi bu il də ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri edilib, Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub, şamlar yandırılıb, vacib sayılan bir sıra ayinlər icra edilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin və DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav yaşayır. Yerli xristianlarla yanaşı, bayramı qeyd etməyə gələnlər arasında turislərə də rast gəlir. Şəhər rəhbərliyi tərəfindən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib. Qeyd edək ki, qərb bölgəsində olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövrdən dini məbəd kimi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"