Gəncədə növbə üstündə dava: 1 nəfər xəstəxanaya, 1 nəfər həbsxanaya düşdü
Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə yaranan dava bir nəfərin ağır xəsarətlər alması ilə nəticələnib. Hadisə Gəncənin Azərbaycan əsgəri küçəsində qeydə alınıb. Şəhər sakini, 48 yaşlı Emin Məmmədovla 39 yaşlı Elçin Fərhadzadə arasında yaranan dava arzuolunmaz sonluqla bitib. Yaralanan Emin Məmmədov xəstəxanaya aparılıb və ona müvafiq tibbi yardım göstərilib. Emin Məmmədov deyir ki, Elçin Fərhadzadə ilə arasında əvvəldən tanışlıq və ədavət olmayıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən qanunauyğun tədbirlər görülüb. DİN Mətbuat xidmətinin əməkdaşı bildirib ki, məhkəmənin qərarı ilə Elçin Fərhadzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Emin Məmmədovun hadisədən əvvəl də 2-ci qrup gözdən əlilliyi olub. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər