Gəncədə Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib
Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.
APA TV xəbər veir ki, tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, Gəncə Uşaq Evinin sakinləri, Türkiyə vətəndaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.Hər iki ölkənin dövlət himni səsləndikdən sonra tədbir açıq elan olunub. Baş konsul Zeki Öztürk əlamətdar günün tarixindən, əhəmiyyətindən danışıb.Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar. Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu, qardaşlığın bariz ifadəsidir. Uşaqlara hörmət və onların qayğısını çəkmək ən böyük mədəni dəyərimiz olub və təqvimdə bir günün onlara həsr edilməsi bu sayğının göstəricisidir.
Daha sonra Gəncə Uşaq Evinin körpələri hazırladıqları ədəbi-bədii kompozisiyanı böyük şövqlə nümayiş etdiriblər.
Tədbirdə Mustafa Kamal Atatürklə, əlamətdar günlə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib