Gəncədə mağazadan oğurluq edən şəxs döyülərək şantaj olundu
“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə bir nəfər şəxsin mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülməsi, pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb”.
Bunu APA-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib. Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılıb.
Onlar barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Əli Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi