Gəncədə külək bir sıra fəsadlar törədib - ÇİNAR AĞACI EVİN ÜZƏRİNƏ AŞDI
Gəncədə yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Cavad Rəfibəyli küçəsində iri gövdəli çinar ağacı evin dam örtüyünün üzərinə aşıb.
Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib, digər küçə və prospektlərdə aşan ağaclar hərəkətə maneə yaradıb. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən aşan ağacların ərazidən götürülməsinə başlanılıb.
Elektrik enerjisinin bərpası istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
561
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
559
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
582
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885