Gəncədə küçə və məhəllələr dezinfeksiya olunur
Koronavirus epidemiyasının qarşısını almaq üçün Gəncədə 860 çoxmərtəbəli yaşayış binası dezinfeksiya olunub. Hazırda şəhərin qəsəbələrində məhəllələr, küçə və fərdi evlərin qarşısı xüsusi məhlulla yuyulur.
APA TV-nin yerli bürosunun məlumatına görə, xloramin, xlorlu dərman maddələri ilə təchiz olunan 4 briqada Gülüstan qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidə küçələrin dezinfeksiyasını aparıb.
Gəncə Şəhər Dezinfeksiya Stansiyasından verilən məlumata görə, Məhsəti qəsəbəsində dezinfeksiya işləri aparılıb. Həmçinin Natəvan, Cavadxan qəsəbəsinin məhəllələri də dezinfeksiya olunub. Şıxzamanov qəsəbəsində də dezinfeksiya işləri aparılacaq.
Dezinfeksiyanın aparılması hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaq və sakinlərin sağlamlığını təmin etmək məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir