Gəncədə “Krıtı Malış Gəncəli” ləqəbli kriminal avtoritet tutuldu
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılıb. Kriminal aləmdə “Krıtı Malış” ləqəbi ilə tanınan Zaur İsmayılov Kəpəz rayon Polis İdarəsinə gətirilib.
APA TV xəbər verir ki, Kəpəz rayon Polis İdarəsində onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “Naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9 mm kalibrli “Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb.
Ömrünün çox hissəsini dəmir barmaqlılar arasında keçirən Zaur İsmayılov düşməninin çox olmasını da gizlətməyib.
Hazırda Zaur İsmayılovun həmin odlu silahdan hər hansı cinayətdə istifadə edib etmədiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"