Gəncədə kişi arvadını döydükdən sonra özünü öldürdü
Gəncədə intihar hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Gəncə sakini, 1936-cı il təvəllüdlü İbrahim Niftəliyev həyat yoldaşı - 1944-cü il təvəllüdlü Fatimə Bağırovanı döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb. O, hadisə yerində dünyasını dəyişib. Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Qonşuların sözlərinə görə, Niftəliyevlər ailəsində uzun müddətdir ki, ailədaxili münaqişələr baş verirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
608
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
608
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
631
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1292
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1879
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1892