Karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb.
APA TV xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
Aşkar edilən fakta görə Hüseyn Zahidov və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Ancaq tədris mərkəzinin sahibi iradlarla razılaşmaq istəməyib. Mərkəzdə bir neçə qrupun eyni vaxtda tədris apardığı halda Zahidov iddia edib ki, yalnız bir qrup mövcuddur.
Qeyd edək ki, buna qədər Gəncə şəhərində karantin rejiminin tələblərini pozan uşaq bağçasıda aşkarlanıb. Bu istiqamətdə yoxlamalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi