Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının Atatürk prospektində apardığı yoxlamalar zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, şəhər sakini Sərxan Hüseynovun işlətdiyi fasfud qidaları təqdim edilən obyektdə çalışanlar karantin rejiminin tələblərini pozur.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu azmış kimi ictimai iaşə obyektinə məxsus binanın zirzəmisində yerləşən anbarda sanitar gigiyenik qaydalara əməl olunmadığı, müxtəlif qida məhsullarının saxlanılması və hazırlanması zamanı sanitar qaydaların tələblərinin kobud şəkildə pozulması faktı da aşkarlanıb. Qeydə alınan nöqsanlara görə, Sərxan Hüseynovun barəsində inzibati qaydada protokol tərtib edilib.
Polis əməkdaşları Atatürk prospektində fəaliyyət göstərən dönərxanada işçinin rəsmi icazəsi olamadığını müəyən ediblər. Həmin şəxsin barəsində də qanuna müvafiq tədbir görülüb.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları bu istiqamətdə tədbirlərini davam edtirir. Sakinləri karantin rejiminin tələblərinə əməl etməyə çağırır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi