Gəncədə karantin rejimini pozan çayxana sahibi və müştərilər cərimələndi
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evi müəyyən edib. Dərhal obyektin fəaliyyəti dayandırılıb. Çay evinin icarədarı Xəyal Yəhyayev və müştəriləri saxlanılaraq Polis İdarəsinə gətirilib: “Bu gün axşam fikirləşdim öz dost tanışımla oturub çay içmək istədim. Həmin vaxt polis əməkdaşları gəlib bizi oradan yığışdırıb polis bölməsinə apardılar”.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Xəyal Yəhyayev hüquqi, müştərilər isə fiziki şəxs qismində cərimə ediliblər.
Polis əməkdaşları bu istiqamətdə yoxlamalarını davam etdirir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?