Gəncədə hamı bu çayxanaya axışır
Gəncədə dəmiryolu vağzalı adlan ərazidə parkda yerləşən bu çayxanada günün istənilən vaxtı müştəri o qədər çox olur ki, iynə atsan yerə düşməz. Çünki bu çayxanada çay ucuz, dadlı və keyfiyyətlidir. Müştərilər deyir ki, burada çay içmək üçün çox vaxt azı yarım saat kənarda gözləməli olursan ki, yer boşalsın.
Bütün dünyada hər sahədə qiymət artımı müşahidə olunan bir vaxtda bu çayxanada çayın qiyməti cəmi 20 qəpik qalxıb. 40 ildən çoxdur ki, çayçılıqla məşğul olan Fəzil Rzayev deyir ki, çayın elə çox maya dəyir yoxdur. Buna görə də qiyməti çox qaldırmağa ehtiyac duymayıb. Müsahibimiz deyir ki, hər kəs onun verdiyi çayın dadlı olmasına görə, bir də ki, qiymətin münasibliyinə görə çayxanaya gəlir.
Fəzail Rzayev sözlərinə görə, müştərilərinin əksəriyyəti 20 ildən artıq ki, çay içmək üçün bura gəlir.
Qeyd edək ki, maraqlı söhbətlərin, şirin qonaqların ünvanına çevrilən bu çayxanada gün ərzindən 200-250 çaynik çay satılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi