Gəncədə güclü külək fəsadlar törədib

İyulun 12-də gündüz saatlarında Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, külək Gəncə şəhərində fəsadlara səbəb olub.

Gövdəsindən qopan ağaclar park vəziyyətində olan avtomobillərin üzərinə aşıb.

Şəhər sakini Elmirli Nicat Bəhman oğluna məxsus “Hyundai” markalı minik avtomobilinə ciddi ziyan dəyib.

Aidiyyatı qurumlar hadisə yerinə cəlb olunub. Aşan ağaclar yollardan yığışdırılıb. Vətəndaşlara dəyən ziyan hesablanır.

Xatırladaq ki, qərb bölgəsində küləkli hava davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR