Gəncədə güclü külək elektrik və qaz xətləri sıradan çıxarıb
Gəncədə yağışla müşahidə olunan güclü külək fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb.
Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb.
Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb.
Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir.
OXŞAR XƏBƏRLƏR
19:45
545
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
556
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1065
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
899
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
866
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
909