Gəncədə faciə: Ana və oğlu dəm qazından zəhərləndi
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 3 mərtəbəsində yerləşən mənzildə qeydə alınıb. Dəm qazından dünyasını dəyişən həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Fərəcov Eteri Davud qızıdır. Hadisədən ilk xəbər tutan qonşular olub. Dünyasını dəyişən qadının övladı 1985-ci il təvəllüdlü Rufan Fərəcov isə zəhərlənmə diaqnozu ulə Gəncə şəhər Birləşmiş xəstəxanasının Zülfüqar Məmmədov adına xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə hər iki şəxs yaşadıqları evin hamam otağında qazla işləyən su qızdırıcısından zəhərləniblər. Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimooğlu, Elşad Cəfər, APA TV
OXŞAR XƏBƏRLƏR
19:26
1084
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1049
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1432
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1329
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1356
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1060