Gəncədə ər arvadını qətlə yetirib
Gəncədə qətl hadisəsi baş verib.
Hadisə şəhərin Nəriman Nərimanov prospekti, bina 32, mənzil 39 ünvanında baş verib. Hüquq mühafizə orqanı əməkdaşları tərəfindən sözügedən mənzildə Tovuz rayonun Alakol kənd sakini, 43 yaşlı Yeganə Hümbətovanın üzərində xəsarətlər olan meyiti aşkar olunub. İlkin araşdırma zamanı müəyyən olunub ki, qadını həyat yoldaşı Şəmkir rayon sakini Elşən Quliyev bıçaqla qətlə yetirib.
Ailənin ünvana yeni köçməsi səbəbindən qonşuluqda yaşayan insanlar cütlüyü tanımayıb. Qonşularda hadisədən sonradan xəbər tutub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:19
262
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
208
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
259
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
978
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
946
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1053