Gəncədə dörd avtomobil toqquşdu - XƏSARƏT ALANLAR VAR
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi Pajero” idarəetməni itirərək “Lada Priora” markalı minik maşına çırpılıb.
Qəzadan sonra hər iki avtomobil yolunun kənarında dayanan digər “Lada Priora” və “Mercedes” markalı minik maşınına dəyib.
Qəza zamanı “Mitsubishi Pajero” və “Lada Priora”-nın sürücüləri yüngül xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
16:28
589
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
704
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2714
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2319
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2310
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1492