Gəncədə çirkab suları küçəyə axır - XƏSTƏLİK MƏNBƏYİ
Gəncənin 5-ci mikrorayon Üzeyir Hacıbəyov küçəsində yerləşən 16 nömrəli binanın qarşısında kanalizasiya tutulduğundan suyu küçəyə axır. Sakinlər deyir ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların səsinə səs verən olmayıb. Binanın həyətinə dolan çirkab sular isə xəstəlik mənbəyidir.
Binada yaşayan sakinlərin sözlərinə görə, kanalizasiya borusu ayda 2-3 dəfə belə tutulur. Ətrafa yayılan üfunət iyindən isə çölə çıxmaq olmur.
APA TV-nin müraciətindən sonra Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin qəza briqadası sözügedən əraziyə gələrək problemlə tanış olublar. Elə çəkiliş qurumuz ərazidə olarkən kanalizasiya boruları açılıb və ərazidə bir neçə gündür yaranan problem həll edilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı