Gəncədə Cavad xanın xatirəsi anılıb
Gəncədə 1804-cü ildə Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb.
APA TV-nin Gəncə bürosunun xəbərinə görə, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və digər şəxslər iştirak ediblər.
Bu il ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ictimaiyyət nümayəndələri və şəhər sakinləri anım mərasiminə qatılmayıblar.
Qeyd olunub ki, Cavad xan öz ölümü ilə yüksəlib, qəhrəmanlıq, mərdlik simvoluna çevrilib. Bu gün onun xatirəsi hər bir gəncəlinin, ürəyi azadlıq eşqi ilə döyünən hər bir azərbaycanlının qəlbində, xatirində yaşayır.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?