Gəncədə bir sinifin bütün məzunları tələbə adını qazanıb
Gəncədə bir sinifin bütün məzunları tələbə adını qazanıb.
Söhbət Gəncə şəhəri İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyindən gedir. Məktəbinin 11-a sinfinin 31 məzununun hamısı bu ilki buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar. Sinifin ən yüksək nəticə göstərən şagirdlərindən biri İsmayl Əsədovdur. İsmayıl qəbul imtahanında ümumilikdə 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub.
Məktəbin yüksək bal toplayan digər məzunu Nəzrin Məmmədovadır. O buraxılış və qəbul imtahanında 673.5 bal toplayaq Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olub.
Sinifin məzunlarından 18 nəfər 600-dən yuxarı, 13 nəfər isə 500-dən yuxarı nəticə göstərib.
Məktəbinin direktor müavini APA TV - yə bildirib ki, bu şagirdlərdən 25 nəfəri fərqlənmə attestatına layiq görülüb. 1 nəfəri isə xüsusi nümunəli attestat alıb.
Qeyd edək ki, ümumilikdə 27 nömrəli məktəb-liseyinin 74 məzunundan 64 -ü bu il ali təhsil müəssisələrinə qəbul olub.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib