Gəncədə bir il əvvəl törədilən oğurluq faktlarının üstü açılıb
Gəncə polisi bir il əvvəl törədilən oğurluq faktlarının üstünü açıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu il aprelin 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizoru götürüb.
O, həmçinin ötən il mayın 7-də şəhər xəstəxanalarının birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manatlıq dərman preparatlarını oğurlayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, Rasim Quliyev şəhər ərazisindəki daha bir mənzilə də qanunsuz daxil olub və 2300 manat dəyərində 2 ədəd televizoru oğurlayıb: “Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rasim Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizoru oğurlaması da aşkar edilib”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi