Gəncədə antibiotiklərlə bağlı maarifləndirmə tədbiri keçirilib
Gəncədə antibiotiklərlə bağlı maarifləndirmə tədbiri keçirilib.
APA TV-nibn qərb bürosunun məlumatına görə, tədbir Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə həftəsi çərçivəsində baş tutub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, təşkilatın mütəxəssisi Cəvahir Süleymanova dünyada antibiotiklərə davamlılıqla bağlı vəziyyət ilə bağlı çıxış ediblər: “Antibiotiklər həmişə müasir tibbin əsas təməli hesab olunur. Lakin antibiotiklərdən həddindən artıq və qeyri-düzgün istifadə antibiotiklərə qarşı davamlılığının yaranmasını sürətləndirir. Antibiotiklərə qarşı davamlılıq mikroblarda müalicə üçün istifadə olunan tibbi preparatlara qarşı müqavimətin yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, həftə çərçivəsində Mingəçevir şəhərində də təlimlərin keçirilməsi planlaşdırılıb. Əhali arasında antibiotiklərlə bağlı məlumatlılığın səviyyəsini öyrənmək üçün isə Bakı və Sumqayıtda sorğular keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək