Gəncədə 27 yaşlı gəncin cibindən və evindən narkotik tapıldı
Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb.
APA TV-nin xəbərinə görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 27 yaşlı Etibar Musayevin üzərindən psixotrop tərkibli həblər və maye halında olan tramadol maddəsi aşkar edilib.
Əməliyyatçılar saxlanılan şəxsin kirayədə qaldığı Dədə Qorqud küçəsi bina 48a, mənzil 21 ünvanına da baxış keçiriblər. Oradan 815 qram qurudulmuş marixuana, psixotrop maddələr olan 660 ədəd tramadol həbi, 50 ədəd "Lirika" və toz halına salınan müxtəlif həblər aşkar olunaraq götürülüb. Etibar Musayevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun əldə etdiyi marixuananı tanışı 26 yaşlı Famil Məhərrəmovdan aldığı müəyyən edilib.
Kəpəz RPİ-nin bölmə rəisi Füzuli Şıxıyev deyib ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Məhərrəmov Famil Faiq oğlunun yaşadığı ünvana onunu qaynanası Əliyeva Nailə Aydın qızının iştirakı ilə baxış keçirilib və evdən 4 ədəd 1 bükümdə 380 qram, 1 bükümdə 165 qram, 1 bükümdə 115 qram, 1 bükümdə isə 185 qram olmaqla cəmi 845 qram çəkidə olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Hazırda Famil Məhərrəmovun tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Saxlanılan Etibar Musayevə gəlincə, o, ifadəsində əldə etdiyi narkotiki şəxsi istifadəsi üçün saxladığını iddia edib: “Evimdə narkotik vasitə saxladığım üçün saxlanılmışam. Dostumdan almışdım, bir də öz istəyim üçün tramadol saxlayırdım cibimdə. Satmaq niyyətim olmayıb, ancaq öz istifadəm üçün”.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."