Gəncədə 2 avtoritet ələ keçdi - “RAMOŞ” VƏ “SAŞA”DAN SİLAH ÇIXDI
Gəncədə “Ramoş” və “Saşa” ləqəbli kriminal aləmin tanınmış üzvlərindən olan iki nəfər ələ keçib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hər iki şəxs saxlanılan zaman onların üzərindən silah götürülüb.
Üzərindən “Makarov” tipli tapança, həmin silaha məxsus sandıqça və 5 patron çıxan “Ramoş” ləqəbli Bəhram Səfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. Dindirilmə zamanı 38 yaşlı şəxsin başqa cinayətlərdə də iştirakı məlum olub.
Bəhram Səmədovun ətrafında aparılan əməliyyatla kriminal aləmin başqa bir üzvü - “Saşa” ləqəbli, 35 yaşlı Sabir Şabanov da yaxalanıb. Ondan soyuq silah götürülüb: “Bayram günü çayın qırağında bir dəfə havaya atəş açdım. O da sulu idi deyəsən, elə-belə səs çıxardı”.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək