Gəncə və Tovuzda "Bayraq Yürüşü" keçirilib
9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Gəncə şəhərində bayraq yürüşü keçirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, 200 nəfərə yaxın yeniyetmə və gənc Heydər Əliyev Meydanından başlayaraq şəhərin küçə və prospektləri ilə bayrağı çiyinlərində gəzdiriblər.
Bayraq gününü qeyd edən gəncəlilər Heydər Əliyev park kompleksinədək “Qarabağ Azərbacandır” şüarını səsləndiriblər.
Bayraq bayramı Tovuzda da xüsusi canfəşanlıq və coşğu ilə qeyd olunub. Rayonun üç istiqamətindən yüzlərlə sakinin və bayraqlara bürünən avtomobillərin Bayraq Meydanına yürüşü təşkil edilib. Böyükdən-kiçiyə hər kəs “Qandırsa qan, candırsa can, yetər ki, sən dalğalan”, “Qarabağ Azərbaycandır”, “Vur keç səngəri, Azərbaycan Əsgəri” kimi şüarlar səsləndirib, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandıran hərbçilərimizə minnətdarlıq bildirib. Aksiyanın sonunda şəhidlərimizin ruhuna dualar oxunub.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”