Gəncə sakini Qobustanda ələ keçdi
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim olunub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Gəncə şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Fuad Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan 1 kiloqram 180 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb edilib. Sonuncu dəfə Qobustan rayonu ərazisində əvvəlcədən ona deyilən ərazidən narkotik vasitəni götürüb, paytaxta aparmaq istəyən Fuad Abbasov polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Fuad Abbasovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər